Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək. Kişilərin mübarizəsində XIII turun matçında “Gənclər” “Murov Az Terminal”la üz-üzə gələcək. Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında “Neftçi” MOİK-i məğlub edib 3:0. Qadınların yarışında isə XIV tura “Gəncə” – UNEC oyunu ilə start […]
Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var
Bakının Nəsimi rayonununda dəm qazından ölüm hadisəsi baş verib. Natiq Şahbazov küçəsi ev 5 ünvanında yaşayan Mikayılov Əfqan Qalib oğlu dəm qazından zəhərlənərək ölüb. Sumqayıtda isə 17 yaşlı oğlan dəm qazından ölüb. İnşaatçılar prospektində yaşayan 2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğulub. Hər iki faktla bağlı araşdırma aparılır.
DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT
Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitinin martın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciətində qeyd edilib. Bildirilib ki, Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkəti iştirakçılarından daha da […]
İstanbulda tarixi görüş – Rusiya ABŞ-la razılığa GƏLDİ
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatları arasında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər arasında razılaşmalar əldə edilib. Görüş İstanbulda, Arnavutköy bölgəsində, Bosfor sahilində yerləşən ABŞ-ın baş konsulunun iqamətgahında keçirilib. Təxminən altı saat yarım davam edən müzakirələr mediaya qapalı şəkildə baş […]
Xorvatiyanın Baş naziri: “Zaqreb və Bakı ticarət və investisiyaların həcmini artırmağı hədəfləyib”
Xorvatiya-Azərbaycan biznes forumu Bakı və Zaqreb arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sosial şəbəkə hesabında yazıb. “Xorvatiya-Azərbaycan iqtisadi forumu ərəfəsində ölkəmizdə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirdik. Yaxşı səviyyədə olan siyasi və iqtisadi əlaqələri müzakirə etdik, məqsədimiz ticarət və investisiyaların həcmini daha […]
Region Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb
AFFA Region Liqasında yeni mövsümün başlayacağı tarix bəlli olub. Bu barədə “Report”a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib. Turnirdə ilk oyunlar martın 8-9-da keçiriləcək. Martın 4-də yarışın yeni mövsümünün püşkü atılacaq. Tədbir saat 14:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Milli Məclis “Nəqliyyat haqqında” qanunda dəyişikliyi ilk oxunuşda qəbul edib
Milli Məclis “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib. Bununla bağlı “Nəqliyyat haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə […]
Xocalı, Xankəndi, Şuşa və Sus kəndində ilk dəfə buraxılış imtahanı keçiriləcək
Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı […]
Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı – Fotolar
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.
“Bəyannamədə Ermənistandan qovulan azərbaycanlılarla bağlı çağırış edilib”
“Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib”. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb. “APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların […]