Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. […]
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon […]
Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb
Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb. “Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb. Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub. S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata […]
Sabah hava yağıntılı olacaq
Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 […]
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.“Report”un əldə etdiyi məlumata görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti […]
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb. Dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib. İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü […]
MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edilir
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilir. Hesabat parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edir. Qeyd olunub […]
Bəzi çaylarda sululuq artıb
Avtomat hidroloji stansiyaların mayın 13-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, […]
Bakının tıxac olan yolları açıqlanıb – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]
Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Bu barədə Azərbaycan dövtlət başçısının “X”dəki rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən […]