Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq. Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz […]
Ötən gün vətəndaşların bank kartlarından 15 min manata yaxın pul oğurlanıb
Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir: “Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə […]
Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,62% artaraq 68,22 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 66,08 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]
Mövqelərimiz atəşə tutuldu
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Əhali (Şorsulu)” ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE “Şorsulu QPS-Şorsulu kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri […]
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib – SƏRƏNCAM
Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.
Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib. Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi […]
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 13-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri […]
ICAO Rusiyanın “Boing” təqsirini təsdiqlədi – növbəti AZAL-ın təyyarəsi ola bilər – ŞƏRH
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. […]
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon […]