Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 […]

Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin Heydər Əliyev adına […]

Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə 47 uşaq himayədar ailələrə verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq dövlət qurumu ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Qeyd olunub ki, himayədar […]

UEFA Çempionlar Liqası: Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək. Həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək. UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku […]

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev mayın 30-da Astara şəhərində vətəndaşları qəbul edib. Bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və […]

AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər

AFFA rəsmiləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən SCALE layihəsi çərçivəsində Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Rumıniya Futbol Federasiyasının qərargahında təşkil olunan tədbirdə Azərbaycanı layihə üzrə koordinator Kifayət Mustafayeva, təlimçilər Gülyana Özcan və Ofeliya Qafarova təmsil ediblər. Onlar layihənin Azərbaycanda uğurla icrası, meydança fəaliyyətləri […]

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət […]

İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə təbrik məktubu göndərib.Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni […]