Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro […]
Nyu-York triumfu – dünya nəhəngləri İlham Əliyevlə görüşə can atır – ŞƏRH
“Birlikdə işləmək: sülh, inkişaf və insan hüquqları naminə 80 illik birgə iş və gələcəyə gedən yol”. Bir neçə gündür ki, bu şüarla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 80-ci yubiley iclası keçirilir. Təşkilata üzv ölkələrin liderləri və yüksək vəzifəli nümayəndələrin qatıldığı tədbirdə Prezident İlham Əliyev də iştirak edir.Təşkilatla Azərbaycan […]
“Qarabağ” – “Kopenhagen” oyunu üçün biletlərin əksəriyyəti satılıb
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb. 5, 10 və 30 manatlıq biletlər tam tükənib. Standart qiymətlər 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır. […]
Azərbaycan-Albaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirilib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb. Teymur Musayev həmçinin, […]
İlham Əliyev Dövlət Xidmətinin bir qrup hərbçisini təltif edib – SİYAHI
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hərbi qulluqçular təltif ediliblər: Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant Ağayev Vüsal Mirzağa oğlu – […]
Vətən müharibəsi ilə əlaqədar Bəyanat qəbul edəcək
Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin payız sessiyası çərçivəsində 30 sentyabrda keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.
ADY regiondaxili sərnişin daşımalarına başlayır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Qrafikə […]
Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib
Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib.Bu barədə nazirliyin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib. “Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin beşinci ildönümü, 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın müstəqilliyi […]
Azərbaycan idmançıları MDB Oyunlarında – Əvvəlki iki yarışda 122 medal qazanılıb – ARAŞDIRMA
Azərbaycan idmançıları indiyədək keçirilmiş MDB Oyunlarında 122 medal qazanıblar. Onlardan 25-i qızıl, 33-ü gümüş, 64-ü bürünc mükafat olub. Azərbaycan bu göstəriciyə görə yarışda iştirak edən ölkələr arasında medal sıralamasında beşinci pillədə qərarlaşıb. Qazaxıstan (159 medal: 25 qızıl, 49 gümüş, 85 bürünc) dördüncü, Özbəkistan (197 medal: 51 qızıl, 57 gümüş, 89 […]
Bakıda daha 5 stansiya tikiləcək – ÜNVANLAR
Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq. “Avtovağzal” stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək. Bəxtiyar Məmmədov qeyd […]