Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi qurulacaq. Bu, parlamentin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.
DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar – VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar. DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin […]
Yasamal və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz […]
Bakıda maşın qaz borusuna çırpıldı – 3 nəfər yaralandı
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub. “Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir. Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan […]
KİV: Ukrayna ABŞ-a Donbasda demilitarizasiya olunmuş azad iqtisadi zona yaratmağı təklif edib
Ukrayna Donbas ərazisində demilitarizasiya olunmuş azad iqtisadi zona yaradılmasını və bu zonada Amerika biznesinin fəaliyyəti üçün şərait yaradılmasını ABŞ-a təklif edib. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Ukraynanın son sülh planında Donbasda “demilitarizasiya olunmuş azad iqtisadi zonanın” yaradılması nəzərdə tutulur və ABŞ şirkətlərinin burada işləyə bilməsi […]
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Instagram” sosial şəbəkə hesabında paylaşım edib.Paylaşımda qeyd olunub: “Dahi Heydər Əliyev. Xatirimizdədir, sevgi ilə anırıq”.
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü”.
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.Azərbaycan xalqı bu gün Ümumilli Liderin xatirəsini hörmətlə anır. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində […]
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.Bu barədə nazirlik məlumat yayıb. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” […]
Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. […]