“İrəvanın Azərbaycan şəhəri olması təkzibolunmaz faktlarla təsdiq olunub. Təpəbaşı məhəlləsinin özülü də bu şəhər salınarkən qoyulub”. DOGRUSOZTV.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib. O xatırladıb ki, bu şəhərin əsası 1509-cu ildə Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai tərəfindən verilən […]
Baş Nazir Əli Əsədov qərar İMZALADI
Nazirlər Kabineti 6 fevral 2017-ci il tarixli 31 qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edib. KONKRET.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə […]
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Nümayəndə heyətinin rəhbəri general-mayor Resul Holoğlu qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini vurğulayaraq, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman […]
Azərbaycanın elm və ictimaiyyət xadimləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ediblər
Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır. İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq […]
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub (FOTO/VİDEO)
Bünyad Qasımov: 300 iş yeri artıq mövcuddur. Planlaşdırmışıq, ilin sonuna qədər 450-yə qədər iş yeri açdıraq. Bildirildi ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. […]
Onlarla vətəndaşı əmək müqaviləsiz işlədən şirkətlə bağlı cinayət işi AÇILDI
Azərbaycanın Baş Prokurorluğuna səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun mətbuat […]
Şabran prokuroru vəzifəsindən AZAD EDİLDİ
Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb. Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu prokurorluğun fəxri fərmanı ilə təltif edib.
DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs həbs edildi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident iyunun 29-da baş verib. Belə ki, iyunun 28-də yol polisi əməkdaşları 1988-ci il təvəllüdlü M.Şabanova məxsus “KamAZ” markalı yük maşınını saxlayıblar. Avtomobilə əlavə avadanlığın quraşdırıldığını bildirən polislər İnzibati Xətalar Məcəlləsinin […]
Prezident dövlət agentliyinə 1,4 milyon manat ayırdı
Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin […]
Müdafiə Nazirliyi Türkiyə şirkəti ilə müqavilə bağlamayıb – AÇIQLAMA
“Müdafiə Nazirliyi Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti ilə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb. Bildiririk ki, Müdafiə Nazirliyi […]