Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq […]
Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb
Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək. Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək. […]
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: “Bu gün, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür. 1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı […]
İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.Hemin paylaşımı təqdim edirik:
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.Soyqırım hadisəsindən 108 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara […]
“BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”
Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini “bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət” kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz […]
Bakı-Qazax yolunda ağır qəza – Xəsarət alan var
Ucarda yol qəzası olub, xəsarət alan var. Hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.(APA)
Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb. O, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko […]
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Rusiya və Serbiya arasında təbii qaz müqaviləsinin müddəti üç ay müddətinə uzadılıb. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Vuçiç bildirib ki o, rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı Rusiyadan Serbiyaya təbii qaz tədarükünü təmin edən müqavilənin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılmasına nail olub. “Biz demək olar ki, […]