Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir. Bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib. “Təəssüf ki, həlak olanlar və dağıntılar […]
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu – FOTO
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Aslanov bu təyinatadək Azərbaycan Respublikasının İtaliyadakı səfiri postunu tuturdu. Prezident onun İtaliyadan geri çağırılması barədə Sərəncam imzalayıb.
Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib. “Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya […]
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
Azərbaycanda “Enerji menecment sisteminə dair Tələblər” dəyişib
Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli […]
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb. […]
FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir: “Belə hava şəraitində kiçik ehtiyatsızlıq və […]
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb. Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə”nin səfərdə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə […]
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,54 dollar və ya 8,5% bahalaşaraq 109.10 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.56 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]
Şamaxı rayonunda zəlzələ olub
Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 3 km olub. Zəlzələ hiss edilməyib.