Azərbaycan universitetlərinin livanlı məzunlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük […]
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib. Doğrusöztv.Az-ın məlumatına görə, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib – Səfir
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur: “Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz […]
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir – Alim
Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. Onun sözlərinə görə, tarixi-coğrafi baxımdan Kəlbəcər hər zaman Azərbaycan ərazisində formalaşmış dövlətlərə bağlı olub. […]
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə BMT QAK-dan bildiriblər. Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır: “Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən […]
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca […]
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında dəyişiklik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib. Dəyişikliyə […]
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir.
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
İşğaldan azad olunmuş Ağdam rayonunun Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayılıb. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir: