Prezident İlham Əliyev: Azərbaycanı ittiham edən qətnamələr qəbul edirsiniz, başınıza dəysin bu qətnamələr

Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham […]

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib. […]

Prezident İlham Əliyev: Buraya bir güllə atılsa, Ermənistanı elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar

Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlıda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bu gün vaxtilə işğal […]

Prezident İlham Əliyev Qubadlının Xanlıq kəndində əsgərlərlə görüşüb (FOTO)

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Doğrusöztv.Az-ın məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər. Prezident İlham Əliyev: Salam uşaqlar. Əsgərlər: Sağ olun! Prezident İlham […]

Prezident İlham Əliyev Qubadlı və Zəngilanda Azərbaycan bayrağını ucaldıb (FOTO)

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Doğrusöztv.Az -ın məlumatına görə, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı və Zəngilan rayonlarında Azərbaycan bayrağını ucaldıb.

Prezident İlham Əliyev: 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək

44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilana səfəri zamanı çıxışında deyib. Dövlət başçısı bildirib: “Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda […]

Türkiyə Qarabağın işğalının sona çatmasına öz töhfəsini verib – Ərdoğan

Türkiyə 30 il Dağlıq Qarabağın göz yumulan işğalının sona çatmasına öz töhfəsini verib. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Şərqi Aralıq regionundan Liviyaya, Suriyadan Dağlıq Qarabağadək olan regionda son dərəcə çətin məsələlərlə üzləşib: “Amma terrorla mübarizə aparmağa, onu […]

Bir sıra dövlət rəhbərləri və siyasi xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız […]

Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında həlledici rolu danılmazdır – Rusiyalı politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında həlledici rolu danılmazdır və bu onun böyük şəxsi töhfəsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq, dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova deyib. Onun sözlərinə görə, Prezident İham Əliyev olmadan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması mümkün olmazdı: “İlham Əliyev öz adını təkcə […]

Prezident İlham Əliyev xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı (FOTO)

Azərbaycanın bugünkü reallıqları 17 il öncəyə bir baxış kecirməyi zərurətə çevirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində « Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və […]