Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə” qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti […]

Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib. Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və […]

Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Bakıda evdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ətraflı məlumat veriləcək.

Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb

Türkiyədə məktəbə silahlı hücum olub. NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib. Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub. Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.

Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir

Azərbaycan nümayəndə heyəti şəhər mobilliyi və ictimai nəqliyyatın təşkili sahəsində intellektual yanaşmaları öyrənmək üçün təlim məqsədilə Çexiyaya səfər edib. Bunu “Škoda Group”un satış üzrə meneceri Helena Xronik sosial şəbəkə hesabında bildirib. Səfər proqramına Avropada inteqrasiya olunmuş nəqliyyat xidmətinin ən qabaqcıl koordinatorlarından biri hesab edilən “ROPID” şirkətinə ziyarət daxildir. Burada Azərbaycan […]

Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir – PROQNOZ

Azərbaycanda aprelin 16-da bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]

KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçiriləcəyi planlaşdırılır.Bu barədə məlumatı “Tv Pirveli” kanalı yayıb. İddiaya əsasən, daxili işlər naziri Geka Geladze müdafiə naziri təyin olunacaq, müdafiə naziri İrakli Çikovani isə diplomatik vəzifəyə təyinat alacaq. Daxili işlər naziri postuna isə Geka Geladzenin müavini Roni Mesxinin namizədliyinin nəzərdən keçirildiyi qeyd olunub. Hakim “Gürcü […]