Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək – Lavrov

Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri birgə monitorinq mərkəzinin yerləşəcəyi coğrafi koordinatlarla məhdudlaşacaq: “Bu mərkəz Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yerləşəcək. Mərkəz sırf distant rejimdə, texniki nəzarət vasitələri, […]

Bu qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq – Deputat

Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atıb. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılmış bu qələbə, ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib. […]

Azərbaycanın tarixi qələbəsi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli […]

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edilib. Doğrusöztv.Az -ın məlumatına görə, paylaşımda deyilir: “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən […]

Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

Sülh bəyannaməsi Azərbaycanın maraqlarına tam cavab verir – Deputat

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış sülh bəyannaməsi həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmizdir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, bəyannamədə Azərbaycan əsas məqsədinə nail oldu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu o deməkdir ki, həmin sənədə əsasən, Ermənistan […]

Pakistan Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb. Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, açıqlamada deyilir: “Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. […]

Naxçıvana birbaşa nəqliyyat dəhlizi regiona nə vəd edir? – Təhlil

Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması Muxtar Respublikanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Kiçik Qafqaz sıra dağlarının yamaclarında yerləşən digər regionlarımız kimi Naxçıvan da yetərincə faydalı qazıntı yataqlarına malikdir. Muxtar Respublika ərazisində 21 filiz yatağı […]

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülhün təmin olunmasında ən vacib hadisədir – Piter Teys

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülh və sabitliyin təmin olunması üzrə Avropa tarixində İkinci Dünya müharibəsindən sonra ən vacib hadisədir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib. O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat Azərbaycan xalqının tarixində vacib səhifədir: “Bu, həm də […]