Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, İzmir […]

Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı – Sərəncam

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq. Bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb

Nazir rəisə yeni vəzifə verdi – Foto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub. Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb. Xatıradaq ki, […]

Magistratura imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd […]

15-20 dərəcə şaxta olacaq – Növbəti xəbərdarlıq

Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bu, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti məlumatda bildirilib. Qeyd edilib ki, havanın minimal temperaturu Aran rayonlarında […]

Güclü külək əsəcək – Xəbərdarlıq

Fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san […]

Xankəndidə Zəfər parkının təməli qoyuldu – Yenilənib – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına parkda görüləcək işlər barədə ətraflı məlumat verib. Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü […]

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir. Bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib. Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə […]

Talqat Lastayev: AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır

 AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib. “Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik”, – o deyib və əlavə edib ki, təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən […]