Azərbaycanın yürütdüyü müstəqil və balanslı xarici siyasət, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr öz bəhrəsini verməkdədir. COP29-un (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ardınca daha bir beynəlxalq tədbir Azərbaycanda reallaşdı. Bu dəfə işğaldan azad edilən Qarabağın mərkəzində – Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.COP29-nun keçirildiyi […]
Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb
İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub. “Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, […]
Üç şəhid Kəlbəcərdə dəfn olundu – GÖRÜNTÜLƏR
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib. Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, […]
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib. Bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır. “Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu […]
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub
Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub.“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Xəbər yenilənir
Pezeşkiandan TARİXİ NİTQ “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”
“Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. Güney Azərbaycanda özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili isə İranın həm milli, həm də beynəlxalq öhdəliyidir”. Bunu […]
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər […]
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib
Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov […]
Xankəndidəki Zəfər Tağının hündürlüyü 44 metr olacaq
Xankəndidə tikilməkdə olan Zəfər parkında Zəfər Tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair […]