İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun “qaynar xət”lərinə daxil olan müraciətləri qeydiyyata götürülür. Doğrusöztv.Az bildirir ki, bu barədə Unikal.org-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Vətəndaşlarımızın qayıdışı […]
Azərbaycanda nazir işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.
Vilayət Eyvazov Prezidentə raport verdi – FOTO
Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Dogrusoztv.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı hərbi hissədə yaradılan […]
Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib. Doğrusöztv.Az AZƏRTAC a istinadən xəbər verir ki, dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
İcra Başçısı 1-Ci Müavinini Işdən Çıxardı – Əhəd Abıyevin Qardaşıdır
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib. İcra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub. Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır. “Qafqazinfo” məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlayıb. […]
Zakir Həsənov tapşırıq verdi
Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə naziri təlimdə iştirak edən qoşunların idarə olunması […]
Prezident sərəncam imzaladı – 9 milyon manat ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən, yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının […]
Türkiyə İdlibdə Suriya rejiminə məxsus daha bir qırıcını vurdu – RƏSMİ
Türkiyə ordusu Bahar Qalxanı əməliyyatı çərçivəsində Bəşər Əsəd qüvvələrinə aid L-39 tipli qırıcı təyyarəsini vurub. Dogrusoztv.AzUnikal.org -a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə nazirliyi məlumat yayıb. “Uğurla davam edən Bahar Qalxanı əməliyyatında rejimə aid bir L-39 tipli döyüş təyyarəsi vuruldu”. Qeyd edək ki, İdlibdə döyüşlər başlayandan bu günə kimi, Türkiyə ordusu Bəşər […]
Azərbaycan XİN Bolqarıstanı təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Bolqarıstanı milli bayram münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Milli Bayram münasibətilə dost Bolqarıstan xalqına sülh və çiçəklənmə diləyirik. Biz inanırıq ki, iki ölkə arasındakı ənənəvi dostluq və əməkdaşlıq millətlərimizin rifahı üçün gələcəkdə də inkişaf edəcək”.
Zakir Paşayev yüksək vəzifəyə TƏYİN OLUNDU
Nazirlər Kabineti Aparatına yeni şöbə müdiri təyin edilib. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq əmr imzalayıb. Zakir Paşayev Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.