Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb. Leyla Abdullayeva bu barədə tviterdə yazıb. “Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki həmkarlar ilə birgə Türkiyə səfirliyini ziyarət etdik, Səfir Əli Onaner ilə səmimi fikir mübadiləsi apardıq. Başın […]
RİİB sabahdan yardım kampaniyasına start verir
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı […]
Türkiyədə zəlzələdə ölənlərin sayı 3 703-ə çatıb
Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb. Zəlzələdə həyatını itirənlərin sayı 3 min 703-ə yüksəlib. Yaralılar isə 22 min 286 nəfər qeyd olunur.
Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Bununla əlaqədar olaraq, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli […]
Sumqayıtın prokuroru işdən azad edildi
Sumqayıtın prokuroru işdən azad edilib. APA xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.
“Kənd toyuğu” adı ilə satılan məhsullara qarşı ciddi tədbirlər görülür
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb. AQTA-dan APA-ya verilən xəbərə görə, monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən […]
Avstraliyada sualtı ovdan çıxmaq istəyən uşağa köpək balığı hücum etdi
Sualtı ovdan sonra qayığa çıxmaq istəyən səkkiz yaşlı avstraliyalı uşaqla köpək balığının qarşılaması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Görüntülər Kvinslend ştatının Ledi Masqreyv adasında qeydə alınıb. Kadrlar Manni adlı uşağın okeandan vurduğu balığı nümayişkaranə şəkildə qayığa atması ilə başlayır. Elə həmin an qəfildən bir köpək balığı peyda […]
Mehriban Əliyevadan Macarıstan səfəri ilə bağlı paylaşım – FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Macarıstan səfərindən fotolar paylaşıb. O, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib: Həmin paylaşımı təqdim edirik: Bu gönderiyi Instagram'da gör Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi
Yaşı 14-dən 29-dək olan şəxslərin NƏZƏRİNƏ – Fevralın 1-2-si…
Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bu barədə BiG.AZ-a nazirlikdən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək. Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər […]
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini İsmayılov Qadir Şamil oğlu tərəfindən
Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 2020-ci il tarixdə Məşğulluq Mərkəzinə müraciətim əsasında “DOST” İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə “Hazırda yalnız 2 aylıq işlər mövcuddur, ola bilsin […]