Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb. […]
FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir: “Belə hava şəraitində kiçik ehtiyatsızlıq və […]
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb. Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə”nin səfərdə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə […]
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,54 dollar və ya 8,5% bahalaşaraq 109.10 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.56 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]
Şamaxı rayonunda zəlzələ olub
Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 3 km olub. Zəlzələ hiss edilməyib.
ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH
Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqda davam edir. Bu təşkilat bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi “erməni hərbi əsirləri və siyasi məhbusları dərhal, heç bir ilkin şərt olmadan azad etməyə çağıran düzəlişi” dəstəkləyib. İnformasiyaya əsasən, “düzəlişi” komitə sədri Brian Mast və konqresmen Bred Şerman […]
AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir
Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən isə cəmi 0,1 % artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasınıdan (AQP) bildirilib. “Tikinti indeksinə əsasən, ölkədə inşaat sektorunda qiymət sabitliyi davam edib. Aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və […]
Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq. İyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 […]
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələr üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.