Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Loading

Next Post

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq. İyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.