Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.Əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə qoyulub. Qeyd edək ki, Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.O, I Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 […]
Yol polisi tətildən qayıdan sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. Müraciətdə deyilir: “Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına […]
Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2009-cu il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
“FIFA Series – 2026”: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını […]
Rasim Balayevin cənazəsi Bakıya gətirildi
İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib. Mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq. […]
Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər
Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin […]
AFFA qeyri-sabit hava şəraiti səbəbindən liqa oyunlarını təxirə salıb
AFFA-nın bayrağı altında təşkil edilən liqalarda həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bu, AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının matçlarına aiddir. Qarşılaşmalar qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək
Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq […]