Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz […]
Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub, 331 nəfər xəsarət alıb
Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub. Bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb. Hubey əyalətində müşahidə olunan əlverişsiz hava nəticəsində 1 nəfər itkin düşüb, 331 nəfər xəsarət alıb. Ümumilikdə, 14 min nəfər zərər çəkib, 22 ev dağılıb, 4,8 min tikiliyə ziyan dəyib.
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,07 % artaraq 73,71 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,88 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq
“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq.Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edəcək. Matç Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə […]
Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bu, aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə […]
FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir. FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Qeyd […]
Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb – YENİLƏNİB
Rusiyanın gecə Kiyevi atəşə tutması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib. “Təəssüf ki, Rusiya hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı”, –o yazıb. Daha əvvəl 9 nəfərin həlak olduğu və 46 nəfərin yaralandığı məlum idi. Qeyd olunur ki, iyulun […]
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib, plenar iclasa […]
Azərbaycan Rusiyaya nota verib
Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib. Görüşdə sözügedən dron […]
Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, […]