Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəlib. Dövlət başçısını Almaniya Prezidenti qarşılayıb. Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb. Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.
Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
Hindistan Ukrayna sahilləri yaxınlığında ticarət gəmisinə hücum nəticəsində dörd hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. “India Today”in verdiyi xəbərə görə, Hindistan Xarici İşlər Nazirliyi rusiyalı diplomata hadisə ilə bağlı kəskin etirazını bildirib və mülki ticarət gəmisinə hücumu qəbuledilməz adlandırıb. Xatırladaq ki, Qvineya-Bisau […]
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubunda qeyd edilib. Dövlət başçısı qeyd edib: “Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, […]
Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal […]
Sabah 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 21-də 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi […]
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb
2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər. Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk […]
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində qonağın Kamran Əliyevlə təkbətək görüşməsi nəzərdə tutulub. Həmçinin iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanması gözlənilir.
Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 5 nəfər ölüb, daha 63 nəfər isə yaralanıb. Bu barədə hər iki vilayətin hərbi administrasiyalarının rəhbərləri bildiriblər. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ötən sutka ərzində Xerson şəhəri də daxil olmaqla 37 yaşayış məntəqəsi Rusiyanın zərbələrinə məruz […]
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib. Qurum bəyan edib ki, bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır. Torpağın münbitliyinə və […]