Baş prokuror Kamran Əliyev Braziliyaya gedib

DogruSozTv Az

Braziliyanın Belem şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı – COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək. Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib. Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının […]

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

DogruSozTv Az

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. […]

Azərbaycan neftinin qiyməti 62 dolları keçib

DogruSozTv Az

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,92 % artaraq 62,4 ABŞ dolları təşkil edib. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 61,09 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Bakı metrosunda problem – Qatarlar ləngiyir

DogruSozTv Az

Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimələr müşahidə olunub. Modern.az-a məlumat verən sərnişinlər bildirib ki, qatarlar stansiyalar arasında bir neçə dəqiqə gözləməli olub. Nəticədə vaqonlarda sıxlıq yaranıb. Qatarlar arasında intervalda da xeyli müddət yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-ə rəsmi sorğu ünvanlanıb.

“Qarabağ” Çempionlar Liqasında çətin oyuna çıxır

DogruSozTv Az

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ komandası İspaniya səfərində “Atletik – Bilbao” ilə üz-üzə gələcək. “San Mames” stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. “Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, “Atletik” isə hələ ki, xal […]

Mingəçevir və Ağcabədidə qaz olmayacaq

DogruSozTv Az

Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan […]

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

DogruSozTv Az

Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 2. F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 4. Gəncə Apellyasiya […]

Bakının mərkəzi prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

DogruSozTv Az

Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, […]

Tokayev: Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

DogruSozTv Az

Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət […]