Hazırda dünya bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınlar xüsusilə həssas vəziyyətdədirlər. Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edərkən deyib. O bildirib ki, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə […]
Bakıda məktəbdə nöqsan aşkarlanıb, direktora töhmət verilib
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar […]
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş […]
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb – MƏHKƏMƏ
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti […]
Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib
Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün […]
Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib. Mətndə deyilir: “Hörmətli xanım Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər […]
Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib
Son on ildə Azərbaycan əsas geostrateji oyunçu kimi özünü təsdiqləyib. Bu barədə Almaniya nəşri “Berliner Zeitung”un analitik materialında deyilir. “Son on ildə Bakı özünü mühüm geostrateji oyunçu kimi göstərib. Söhbət təkcə neft və qazdan getmir. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib – hətta Avropa İttifaqı (Aİ) və NATO Bakını “etibarlı tərəfdaş” […]
Rusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var
Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb. Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları […]
Litva Ukraynaya “Patriot” sistemləri üçün 30 milyon avroyadək vəsait ayıracaq
Litva Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünə töhfə verməyə hazırdır və bu məqsədlə 30 milyon avroyadək maliyyə ayırmağı planlaşdırır. Bu barədə Litvanın müdafiə naziri Dovile Şakalyene “Facebook” səhifəsində məlumat verib. Şakalyene ABŞ prezidenti Donald Trampın NATO üzrə müttəfiqlərin maliyyə dəstəyi hesabına Ukraynaya Amerika istehsalı silahların verilməsi qərarını dəstəklədiyini bildirib.
Bakının bəzi yollarında sıxlıq var
Bakının bəzi əsas yollarında sıxlıq var. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər […]