Bu gün Formula 1 Azərbaycan Qran-Prisi davam edəcək. 2-ci yarış günündə Formula 1-də sıralama turu, Formula 2-də isə sprint yarışı keçiriləcək. Azərbaycan Qran-prisində ikinci günün proqramını təqdim edirik: Saat 12:30 “Formula 1” – Üçüncü sərbəst yürüş; Saat 14:15 “Formula 2” – Sprint yarışı; Saat 16:00 “Formula 1” – Sıralama turu.
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib. Prezident rəsmi yutub səhifəsində video paylaşıb. Həmin paylaşımı təqdim edirik:
Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür.2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş […]
Milli Məclis və Malayziya Nümayəndələr Palatası sədrlərinin görüşü olub
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi mılumat yayıb. Nümayəndələr Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü […]
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin kuboku “Odlar Yurdu”na həsr olunub. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. Dünyaca məşhur dizayn şirkəti “Pininfarina” tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir. Kubokun əsas özəlliyi […]
İsrail Livana hücum edib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
İsrail Livanın Tebninə bölgəsinə hücum edib. Xəstəxana yaxınlığında bir maşına dəyən zərbə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumun dron və ya qırıcı tərəfindən törədilməsi qeyd olunmayıb.
Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam […]
Simonyan Bakıya gəlir – Tarix AÇIQLANDI
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək. Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin […]
DTX Akademiyasının rəisi: Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir
Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra konstitusiyanın yenidən təkmilləşdirilməsi istiqamətində zərurətlər meydana çıxıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov sentyabrın 19-da parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Milli Məclis bununla bağlı ilkin addımları atıb. […]
STM dövlət suverenliyi barədə vətəndaşların mövqeyini öyrənib – SORĞU
Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 12-16-da Azərbaycan cəmiyyətində suverenlik anlayışı ilə bağlı sosioloji sorğu keçirib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Nəticələrə görə, sorğu iştirakçılarının 77.4%-i dövlət suverenliyinin bərpasından əvvəl Azərbaycanın xarici siyasətində diqqətin daha çox işğal amilinə yönəlməsi səbəbindən qlobal və regional siyasi təşəbbüslərdə iştirak imkanının […]