Milli Məclis su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsini ilk oxunuşda qəbul edib. Bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. […]
Sabah hava çiskinli olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 […]
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi son oxunuşda qəbul edilib
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Dəyişikliklə ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir. Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Belə ki, bu Qanunla avtomagistral- bu qanunla müəyyən […]
MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb. Sənədə görə, Azərbaycan- […]
İlham Əliyev Estoniya prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və […]
Azərbaycan XİN Estoniyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Estoniya Respublikasının Milli Günü münasibətilə Estoniya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Milli Günün mübarək olsun, Estoniya!”, – postda qeyd olunub.
DYP ara məsafəsi saxlanılması ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib. Bu barədə DYP-dən məlumat verilib. Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, […]
Azərbaycan neftinin qiyməti 73 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,54 % artaraq 73,31 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,77 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Bu gün Novruzun ilk – Su çərşənbəsidir
Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma […]
UEFA Çempionlar Liqası: “Qarabağ” İngiltərədə “Nyukasl”la qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.