Bəzən şagird yüksək nəticə göstərsə də, 700 bal toplamayıb deyə valideyn narazılıq edir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin “Hədəf” verilişində deyib. O bildirib ki, valideynlər öz məsuliyyətlərini uşaqların üstünə atmamalıdır: “Valideyn uşağına motivasiya verməyi bacarmalıdır. İkinci məsələ isə ailənin uşaqdan gözləntisidir. Elə bil ki, […]
İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
“>https://azadmedia.az/uploads/posts/2025-06/1750229643_5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850.jpg[/img][/center]Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 5 % artaraq 79,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,47 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
UEFA Avropa Liqasının 2025/2026 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb
UEFA Avropa Liqasının 2025/2026 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya) “Şerif” (Moldova) – “Priştina” (Kosovo) “Spartak” (Trnava, Slovakiya) – “Hakken” (İsveç) “Sabah” (Azərbaycan) – “Sele” (Sloveniya) “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan) “Levski” […]
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə […]
Lerik və Gədəbəyə yeni prokuror təyin edilib
Lerikə yeni prokuror təyin edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib. Qeyd edək k i,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında […]
Nazirlik: Arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb
Azərbaycanda arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədə payızlıq arpa əkilib. Orta məhsuldarlıq 32 sent/ha-dır. Hazırda 43 rayonda arpa biçilir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında […]
DMX rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə DMX-dən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula […]
Vəfa Yaqublu: Sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır
10 il sonra məktəblərdə sertifikasiya imtahanlarını yüksək bilikli müəllimlər keçirəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib. O bildirib ki, bununla da valideynlər artıq övladları üçün yaxşı məktəb axtarışında olmayacaqlar: “Bu prosesdə müəllimlər də maraqlıdır. Çünki bu, müəllimlər arasında […]
Azərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb. Bu barədə “Report” Belarus müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər. Z.Həsənov qeyd edib ki, […]