İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlət başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəyə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı. Dövlət başçısı ilə […]

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında yerləşən ağaca, daha sonra isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsində olan bir neçə sərnişin müxtəlif […]

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib. Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə […]

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbələr nəticəsində 5 nəfər yaralanıb. Bu barədə “İnterfaks” regional əməliyyat qərərgahına istinadən məlumat yayıb. “Bu gecə Şebekino şəhərində FPV-dronun partlaması zamanı 3 nəfər xəsarət alıb. Onlar Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar”, – məlumatda qeyd olunub. Bundan əlavə, avtomobilə […]

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandasının qonağı olacaq. Reykyavikdəki “Torfnesvöllur” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək. Bakıdakı ilk matçda “köhlən atlar” üç […]

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Alıuşağı kəndində baş verib. 10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir. İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya […]

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma yaradaraq ölkələr, mədəniyyətlər və müxtəlif baxış bucaqları arasında körpü olub. Bu barədə “Islamabad Post” nəşrinin məqaləsində qeyd olunub. Bildirilib ki, sülh quruculuğu, media diplomatiyası və jurnalistikada süni intellektin etik şəkildə tətbiqi məsələlərinin […]

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Prezident İlham Əliyev 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil […]

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.