“The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib

DogruSozTv Az

“The New York Times“ın (NYT) jurnalistləri ABŞ Hərbi Nazirliyi ilə yeni medianın akkreditasiyası qaydalarına dair müqavilə imzalamayacaq. Bu barədə qəzetin Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson məlumat verib. Məlumata görə, imtina ABŞ Konstitusiyasının söz azadlığına Birinci Düzəlişində müəyyən edildiyi kimi, adi xəbərlər toplayan jurnalistləri cəzalandırmaq təhlükəsi (Pentaqonun yeni mətbuat siyasəti) ilə […]

Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

DogruSozTv Az

Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib. O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi. “Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin […]

Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq

DogruSozTv Az

Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb. Bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o əlavə edib. Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq […]

Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

DogruSozTv Az

Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib. Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub. “Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib”, – Rusiya […]

Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib

DogruSozTv Az

“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter […]

İsrail 11 HAMAS üzvünü azad edəcək

DogruSozTv Az

İsrail 11 HAMAS üzvünü azad edəcək. Bu barədə İsrail ordusunun radiosunda məlumat verilib. Bildirilib ki, razılaşmada 11 məhbusun “Fatah” təşkilatından seçilməsi nəzərdə tutulmuşdu, lakin son anda bu qərar dəyişdirilib və azad olunacaq məhbusların HAMAS-dan olması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən HAMAS atəşkəsdən 72 saat sonra […]

Dövlət xidmətləri haqqında qanuna niyə ehtiyac yaranıb? – Deputat izah etdi

DogruSozTv Az

“Hər bir şəxs dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir. Bu mənada xidmət sahəsində islahatlar hər zaman zəruridir. Bu sahədə təcrübələr ölkələrə və cəmiyyətlərə görə dəyişsə də ümumi yanaşmada peşəkar komandanın yaradılması, vətəndaş məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi prinsipləri heç vaxt dəyişmir”. Bu sözləri Milli Məclsiin deputatı […]

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

DogruSozTv Az

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.  Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihəsində öz əksini tapıb.  Qeyd edək ki,bundan əvvəl  prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib […]