Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Ləyaqət, saf niyyət və xeyirxah ürək – Uca Tanrının sözsüz eşitdiyi ali dualardır. Uca Allah Sizi və xalqımızı […]
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil […]
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə […]
ETSN-də Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya […]
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid […]
“Haber Global” II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb. Yenixeber.org xəbər verir ki, videomaterialda tədbirdə iki ölkədən yüksək səviyyəli rəsmilərin iştirak etdikləri qeyd olunub. Bildirilib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındakı investisiya əməkdaşlığını inkişaf etdirməyi və ortaq layihələri təşviq etməyi hədəfləyən forumda mühüm […]
Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır
“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və […]
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması […]
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən […]
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb. Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası dekabrın 26-da keçiriləcək.