Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib. Onun sözlərinə görə, qanunvericilik işləyən pensiyaçıların sonradan topladığı kapitalın altı ildən bir hesablanmaqla pensiyaya əlavə olunmasına imkan verir: “Yəni vətəndaşın pensiyası […]
Bu ərazilərə suyun verilməsi DAYANDIRILACAQ
Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində sabah müvəqqəti fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yay mövsümündə suya artan təlabatın tənzimlənməsi və su keyfiyyətinin yaxılaşdırılması istiqamətində görüləcək işlər çərçivəsində magistral xəttin qəzalı hissələri dəyişdiriləcək.
Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb
Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, ötən gün Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. […]
İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donlad Trampa Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət məktubuna görə minnətdarlıq bildirib. İlham Əliyevin Donald Trampa ünvanlandığı məktubda qeyd olunub ki, bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin […]
FT: Qrenlandiya qalmaqalı Ukraynanın müharibədən sonra bərpası ilə bağlı sazişi pozub
Ukraynanın müharibədən sonrakı bərpasına dair planlaşdırılan 800 milyard dollarlıq sazişin imzalanması təxirə salınıb. Bu barədə “Financial Times” qəzeti rəsmi mənbələrə istinadən məlumata yayıb. Məlumata görə, Ukrayna ilə ABŞ arasında müharibədən sonrakı bərpa ilə bağlı razılaşmanın Davosda imzalanması planları pozulub. Qeyd edilib ki, buna səbəb Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın […]
Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb. APA-nın Davosa ezam olunmuş müxbiri xəbər verir ki, söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından […]
Azərbaycan Prezidenti: Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir
“Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz”. Bunu Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər […]
“Times Higher Education” reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Azərbaycan universitetləri “Times Higher Education”in 2026 fənn reytinqlərində Qeyd olunub ki, 11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin […]
Trampın Davosa uçan təyyarəsi nasazlığa görə geri qayıdıb
ABŞ prezidenti Donald Trampın təyyarəsi İsveçrəyə uçuşunu yarımçıq dayandıraraq geri qayıtmağa məcbur olub. Bu barədə “The Guardian” məlumat yayıb. Bildirilib ki, buna səbəb kiçik “elektrik nasazlığı” olub.
Prezident: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq
Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır. Bunu […]