İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən […]
Prokurorluq əməkdaşlarının peşə hazırlığı səviyyəsinin artırılması daim təmin edilir
Cari ilin 16-17 iyun tarixlərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq səviyyəli ekspertlər və müvafiq dövlət qurumların nümayəndələrinin iştiraki ilə “Aktivlərin bərpası üzrə beynəlxalq əməkdaşlıq sahəsində […]
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən BiG.AZ-a bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Xaçmaz rayonu gənc icra başçısının rəhbərliyi altında tərəqqi yolunda sürətlə addımlayır
Respublikamızın tərəqqi yolu ilə sürətlə inkişaf edən modern əyalətlərindən biri də Xaçmaz rayonudur. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı çox hörmətli cənab Elnur Rzayevin rəhbərliyi altında Xaçmaz rayonunda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin […]
Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? – ARAŞDIRMA
Rusiya-Ukrayna münaqişəsi nəticəsində dünyada ərzaq zəncirində bəzi məhsullar kəskin bahalaşıb, həmin məhsullardan biri, ərzaq səbətində mühüm yer tutan günəbaxan (bitki) yağıdır. Azərbaycanda bitki yağının qiyməti ötən illə müqayisədə iki dəfəyə yaxın bahalaşıb. Bitki yağının istehsalında günəbaxan toxumu əsaslı rol oynayır. “Report” ölkədə günəbaxan toxumunda istehsal və idxal vəziyyətini araşdırıb. Dünyada günəbaxan toxumu […]
Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANDI
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.Toplantı iyunun 22-də keçiriləcək.İclasın gündəliyinə 18 məsələ daxil edilib.
Prezidentdən sığorta ilə bağlı FƏRMAN
Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi verilmə qaydası müəyyənləşir.Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Sığorta hadisəsi […]
Azərbaycanda OLAY: Qonşusunun evinə girib, özünü pəncərədən atdı
Ötən gün Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsi 15 ünvanında 1995-ci il təvəllüdlü İbişsoy Rüfanə Elxan qızı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Sağ baldır nayihəsindən açıq və qapalı travma alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir. Rüfanə İbişsoy özünün kirayədə yaşadığı mənzilin pəncərəsindən deyil, qapı qonşusu Xanım […]
İlham Əliyev və Mehriban Əliyevanın dinə, dini abidələrə xüsusi diqqət və qayğısı – ŞƏRH
Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı var. Azərbaycanda bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu […]
İrəvanda partlayış, ölən var
Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib. Dogrusoztv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Partlayış elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan “Vellar Qrup”un ərazisində baş verib.