Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

ABŞ və İran arasında aparılan sülh danışıqlarında mühüm irəliləyiş əldə olunub. “Reuters“ xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib. O, Tehranın dondurulmuş aktivlərinin ABŞ məhsullarının alınmasına yönəldiləcəyi barədə Vaşinqtonun iddialarını təkzib edib. “Dünən texniki səviyyədə aparılan danışıqlar çox yaxşı keçib. Yaxın günlərdə İrana […]

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz […]

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi […]

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən […]

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq. […]

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib. Bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz feysbuk səhifəsində yazıb. Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci […]

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir. Bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb. “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, […]

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” […]