Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana […]
XİN rəhbərinin müavini ABŞ Konqresinin nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib
30 yanvar 2026-cı il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. XİN-dən verilən xəbərə görə, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, […]
İqtisadi Şuranın iclası keçirilib
30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, […]
ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? – ŞƏRH
“Danışıqlar ədalətli və real olacaqsa, İran ABŞ ilə dialoqa həmişə hazırdır”. Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.O, Tehranda CNN-ə verdiyi müsahibədə deyib ki, İslam Respublikası danışıqlara hazır olsa da, bu, ABŞ prezidentinin axtardığı dialoq deyil, Donald Tramp sadəcə “öz iradəsini başqalarına qəbul etdirmək istəyir”. Parlament sədri ötən il dekabrın […]
Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı
Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib: Ağadadaşov Sərxan Əbülfət oğlu Ağayev Şahmar Zöhrab oğlu Həsənova […]
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə rəqib olub. Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.
ARKA rəhbəri: Kinomuzda sovet düşüncəsi hələ də qalmaqdadır
Dövlət kino istehsalı üçün şərait yaratmalıdır. Bunun üçün filmlərin sayını artırır və ümumilikdə ölkə üzrə bu sahədə ekosistem yanaşmasına keçid edir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktoru Rəşad Əzizov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. O qeyd edib ki, […]
Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır – ANONS
Mədəniyyət sahələrinin inkişafı üçün yeni qanun layihələri hazırlanacaq. Bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. “Elə bu konsepsiyanın çərçivəsində yalnız o altı dövlət proqramının hazırlanması ilə iş məhdudlaşmayacaq Mədəniyyət sahəsindəki bizim ana qanunumuz var. Oraya elə bu konsepsiya çərçivəsində mütləq əl […]
Ərdoğan Pezeşkianla bölgədəki hərbi gərginliyi müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də bölgədə artan hərbi gərginlik müzakirə olunub. Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. […]
Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib
Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər. Atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb. Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və […]