İran Oman sahillərində tankerə hücum edib, ölən var

İran Oman sahillərində neft tankerinə zərbə endirib, nəticədə bir nəfər ölüb. Bu barədə “Al Jazeera” Oman Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb. Bildirilib ki, hücum Maskat vilayətindən 52 dəniz mili (96 km) məsafədə kamikadze kateri vasitəsilə həyata keçirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib və bu da ekipaj üzvlərindən birinin […]

Kreml: Putin və Trampın İranla bağlı telefon danışığı gözlənilmir

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ABŞ-nin İrandakı əməliyyatı məsələsinə dair telefon danışığı yaxın vaxtda planlaşdırılmır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. “Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır, prezidentin qrafikində belə tədbirlər yer almır”, – Peskov jurnalistlərə deyib.

Sabah yağış yağacaq – PROQNOZ

Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz […]

İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dan Yorgensen dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası […]

Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər

Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər. Bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib. Onun sözlərinə görə, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının […]

Parlamentdə Ombudsmanın illik məruzəsi müzakirə edilir

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb. Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.

Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarına start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Günün yeganə matçında “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da başlayacaq. Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb. Azərbaycan Kuboku 1/4 final, cavab oyunu 3 mart 19:00. “Zirə” – “Sumqayıt” İlk […]