Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan MN: Ermənistan təxribatlarını gizlətməyə çalışır
Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli […]
Şəmkir sakinini ildırım vuraraq öldürüb
Şəmkir sakinini ildırım vuraraq öldürüb.“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bayramlı kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü F. Bağırovu ildırım vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma başlanılıb.
Xaçaturyan: Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir
Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan martın 31-də İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib. Ermənistan prezidenti bu barədə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivlərinə toxunarkən […]
Xaçmazın dörd, Qubanın bir kəndində yanğın baş verib – YENİLƏNİB
Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub. Xaçmaz rayonunun Xaspoladoba kəndi […]
Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar
Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.Mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin […]
Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 31-də telefon danışığı olub.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz […]
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Zati-aliləri, Əziz Qardaşım. Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu […]
DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı […]
Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər yetirən Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılıb. Nazirliyin yaydığı məlumata görə, 28 mart tarixində […]