Dəmir yolundan oğurluq edənlər saxlanılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,93 % azalaraq 67,15 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,70 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.
Ağsuda avtomobil aşıb, ölən var
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bir neçə gün əvvəl 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu idarə etdiyi “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb. Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon mərkəzi xəstəxanasında ötən gün ölüb. […]
BİZİM TƏQVİM: 30 mayda baş vermiş tarixi hadisələr
30 may 1918-ci ildə Dünya parlamentlərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında radioqram göndərilib. Bəs, mayın 30-da dünyada daha hansı hadisələr baş verib? 1. 30 may 1859-cu ildə Britaniyanın fəxri və rəmzi sayılan məşhur Biq Ben saatının zəngi ilk dəfə çalınıb. 2. 30 may 1875-ci ildə Kolumbiyada cəmi 45 saniyə davam […]
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq. Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq. Görüş saat 20:00-da start götürəcək. Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq. Dünya çempionatı Yarımfinal 30 may Azərbaycan – Monteneqro […]
Laçın Zirvə görüşü: Türkiyə-Azərbaycan-Pakistan birliyinin nümayişi – ŞƏRH
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında quruculuq işləri genişlənir. Müstəqilliyin 107-ci ilinin azad yenidən qurulan Laçında qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə bu şəhərdə görüşü Ankara-Bakı-İslamabad əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir. Liderlərin Laçın görüşü regional və qlobal miqyasda […]
Laos Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram. İnanıram ki, Laos Xalq […]
Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan liderini təbrik ediblər
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevi təbrik ediblər. Təbrikdə deyilir: “Hörmətli Prezident, əziz Qardaşımız. 28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan xalqının tarixini, milli kimliyini […]
Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir
Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib. Prezidentin sözlərinə görə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək: “Biz qonşumuz İrandan […]