Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın […]

FIFA klublararası dünya çempionatında komanda sayının artırılmasını istəyir

FIFA bu yay keçiriləcək klublararası dünya çempionatı uğurlu alınsa, 2029-cu ildə təşkil olunacaq analoji turnirə 48 komandanın qatılmasını istəyir. Ali futbol qurumu bununla bağlı məsləhətləşmələr aparacaq. Növbəti yarışın formatı və strukturu ilə bağlı danışıqlar məhz builki turnirdən sonra aparılacaq. Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də […]

İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir

Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib. “Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq”, – o qeyd […]

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında “Hərbi tibb sahəsində əməkdaşlıq” üzrə ikitərəfli görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Hər iki ölkənin nümayəndə heyəti hərbi […]

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,44 % artaraq 72,17 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,67 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

BİZİM TƏQVİM: 12 iyunda baş vermiş tarixi hadisələr

2015-ci ilin bu günündə Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti […]

Prezidentdən 1,5 milyonluq – Sərəncam

Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolu əsaslı təmir olunacaq. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş […]

Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin

Yay aylarında uşaqlarda qida allergiyasına daha çox rast gəlinir. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamilova deyib. Onun sözlərinə görə, qida allergiyasına çiyələk, şaftalı kimi meyvələr, dondurma və s. qidalar səbəb olur: “Bunlarla yanaşı, valideynlər allergiyası olan uşaqları hovuza apararkən diqqətli olmalıdır. Hovuzda xlorun miqdarının çoxluğundan […]