Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü, keçmiş orta çəki üzrə çempion və şərhçi Maykl Bispinq Bakı haqqında danışıb. O, şəxsi yutub kanalında şəhər barədə təəssüratlarını bölüşüb. UFC əfsanəsi Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb. Bispinq […]
Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq
Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır. Bu […]
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib. Bu barədə xarici siyasət idarəsi “X” hesabında paylaşım edib. “Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq”, […]
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat […]
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək. Bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib. O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: “İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi […]
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb. Nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının […]
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib
İran Silahlı Qüvvələrinin yeni rəhbəri general-mayor Əmir Hatəmi bəyan edib ki, ölkəyə endirilən zərbələrə görə ABŞ-yə qətiyyətli cavab veriləcək. Bu barədə “The Times of Israel” İran mediasına istinadən bildirib. O qeyd edib ki, İran əvvəllər də “qətiyyətli cavab” verib və bundan sonra da müqavimət göstərməyə davam edəcək.
İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirir
İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Hazırda İsrail Hərbi Hava Qüvvələri Kirmanşahdakı hərbi infrastruktur obyektlərinə zərbələr endirir”, – məlumatda bildirilib.