Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib. E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi […]
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Martın 8-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq […]
Prezidentlər mətbuata bəyanatla çıxış EDİBLƏR
Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sabah intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib. Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, […]
Mehriban Əliyevadan 8 Martla bağlı PAYLAŞIM
Birinci vitse-prezident Mehriban Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib. Mehriban Əliyeva bu haqda instaqramda foto paylaşıb:“Hər bir qadına möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və səadət arzulayıram”.
İlham Əliyev Migel Anxel Moratinosu qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Mikayıl Cabbarov xanımları təbrik etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Nazir təbrikini özünün “Twitter” hesabında çatdırıb. “Hörmətli xanımlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Sizə möhkəm cansağlığı və firavanlıq arzulayırıq!”, – deyə o qeyd edib.
Azərbaycanda zəlzələ oldu
Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Xankəndi-Laçın yolundakı aksiyanın 87-ci günüdür
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 87 gündür davam edir. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş […]
“Avroviziya”nın final biletləri rekord müddətə satıldı
Liverpulda keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsinin finalının biletləri 36 dəqiqəyə satılıb. Bu barədə “Sky News” məlumat yayıb. Mənbənin sözlərinə görə, biletlərə tələbat çox yüksək olduğundan bir çox istifadəçi problemlə qarşılaşıb. Bir biletin qiyməti 80 ilə 380 funt sterlinq (təxminən 160-763 manat) arasında dəyişirdi. Qalan şoular üçün biletlər təxminən bir saat ərzində […]