Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin ardıcıl olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin vacibliyini vurğulayıblar. Pezeşkian […]

Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm […]

“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Bu il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Məlumata əsasən, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. “Yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında […]

Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək

Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb. Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və […]

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi […]

Türküstana üz tutan Tbilisi – “şimalın soyuğundan”, “cənubun istisindən” qorunan Gürcüstan – ŞƏRH

Gürcüstan Mərkəzi Asiya (Türküstan) ölkələri ilə əlaqələri gücləndirir. İyulun 2-3-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisiyə ilk dəfə ikigünlük dövlət səfəri edəcək.Özbəkistan lideri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq, ticarət və investisiyalara dair müzakirələr olacaq, biznes-forum keçiriləcək, iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. Özbəkistan Türküstanın […]