Atəşkəs əldə olunacağı təqdirdə Ukraynada yerləşdiriləcək sülhməramlı kontingentin sayı 15–20 min nəfər arasında ola bilər. Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Məlumata görə, bəzi paytaxtlarda sülhməramlıların sayının 30 minə çatdırılması ehtimalı da müzakirə olunur. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Parisdə keçiriləcək “İstəklilər Koalisiya”nın görüşü zamanı Ukraynanın təhlükəsizliyinə dair konkret […]
MN-in vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib. Tağıyev Ruhin Zeyid oğlunun Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror […]
Paşinyan: Bəzi qüvvələr kilsəni dövlətə qarşı yönəltməyə çalışır, buna imkan verməyəcəyik
Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib. Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar. “Bizim doğma […]
Zelenski “İstəklilər Koalisiyası”nın sammitində iştirak etmək üçün Parisdədir
Ukrayna Prezidenti Volodimir Zelenski “İstəklilər Koalisiyası”nın sammitində iştirak etmək üçün Parisdə səfərdədir. Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Bildirilib ki, Zelenski sammitdən əvvəl Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib
Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini ziyarət edib. Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib
Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini ziyarət edib. Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.
Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatdırılacaq
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb. “Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə […]
“Yeni Klinika”da qadının əməliyyatda qanaxmadan ölməsi ilə bağlı ginekoloqa cinayət işi açılıb
Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işi açılıb. Bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir. Məlumata görə. “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı […]
Nazir Misir Mərdanovun bacısı oğluna yüksək VƏZİFƏ VERDİ
Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. Bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi. Xatırladaq ki, Anar Qocayev […]
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il […]