Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.
Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək
Milli Məclisdə ictimai birliklərin və dini abidələrin mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək. Bununla bağlı müvafiq məsələlər parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci il payız sessiyası üzrə iş planına daxil edilib. İş planında həmçinin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər […]
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı – FOTO
Gəncədə asvalt örtüyü döşəyən iri tonnajlı avtomobil “Opel” markalı avtomobilin üzərinə aşıb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və digərləri aidiyyatı üzrə cəlb olunub. Məlumat üçün bidirək ki, həmin ərazidə yola asvlat örtüyü çəkilir. Faktla bağlı araşdırma başlanılıb.(Report)
“Formula 1” üzrə Azərbaycan Qran-prisi: Bakı küçələri pik saatlarda açıq olacaq
“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. 19–21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat […]
Sabah leysan yağacaq, temperatur 5-6 dərəcəyək enəcək
Bakıda və Abşeron yarımadasında avqustun 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
Milli Məclisdə rezidentura ilə bağlı dinləmənin keçirilməsi təklif olunur
Milli Məclisdə Səhiyyə, Elm və təhsil komitələri, o cümlədən müvafiq nazirliklərlə birlikdə rezidentura təhsilinə dair ictimai dinləmənin keçirilməsi təklif olunur. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov komitənin bugünkü iclasında deyib. Onun sözlərinə görə, qanunda mütləq yer almalı olan xüsusi məsələlərdən biri də rezidentura təhsilinə hüquqi qiymətin […]
Qətərin Baş naziri: İsrailin Dohaya zərbəsi əsirlərin azad olunacağına dair ümidləri məhv etdi
İsrailin Dohada endirdiyi zərbə Qəzza zolağında saxlanılan israilli girovların azad olunacağına dair bütün ümidləri məhv edib. Bu fikri Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani “CNN” telekanalına müsahibəsində səsləndirib. “Düşünürəm ki, Netanyahunun dünənki addımı girovların azad olunacağına bütün ümidləri sadəcə öldürdü”, – Al Tani […]
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb
Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür. Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq. Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati […]
Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz…
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Bəzən zaman dayanır, sanki saniyələr astaca yeriyir, nəfəs isə dərinləşir… 11 sentyabr 2025-ci il – məhz belə günlərdəndir. Bu gün göy üzünün rəngi solğun deyil, sönük deyil – o dərin və düşüncəli bir mavilikdədir. Sanki […]
Çexiya ordusuna 174 milyon avroluq atıcı silahlar tədarük olunacaq
Çexiya silah istehsalçısı “Česka Zbrojovka” milli ordunun ehtiyacları üçün 4,26 milyard kron (təxminən 174 milyon avro) dəyərində atıcı silahlar təmin edəcək. Bu barədə “Novinky” xəbər portalı məlumat yayıb. Qeyd olunur ki, müqaviləyə əsasən orduya CZ BREN 2 tüfəngləri, qumbaratoylar, tapançalar və bu silahlar üçün ləvazimatlar tədarük olunacaq.