Rusiyada ABŞ prezidenti Co Bayden haqqında serial çəkilir. Bu barədə Rusiyanın yerli nəşrləri yazıb. Baş rolu – ABŞ prezidentini “Briqada”, “Jmurki” və s. filmləri ilə tanınan Dmitri Dyujev canlandıracaq. Hekayədə Bayden sanksiyaların təsirini qiymətləndirmək üçün Rusiyaya uçur, lakin ilk gün sənədlərini itirir. Sonra yerli bir vətənpərvərlə tanış olur, “xruşşovka” mənzilinə […]
Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılması planlaşdırılır
Azad olunmuş ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılmasa da, bu, planda var.Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.MSK sədri xatırladıb ki, azad olunmuş ərazilərdə seçicilərin sayı 42 mindən çoxdur: “Yaxın dövrdə oradakı məntəqələrə də veb-kameraların quraşdırılması nəzərdə tutulur və artıq aidiyyəti üzrə müraciət olunub”.
“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” – Xəbərdarlıq
Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır. Bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb. O, xəbərdarlıq edib: “Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim […]
Baş nazir: Terror aktı törədənlər Pakistanla Çin arasında gərginlik yaratmaq istəyirlər
Pakistanın Bəlucistan əyalətində terror aktları törədən silahlılar Pakistan-Çin iqtisadi dəhlizinin inkişafını ləngitmək məqsədi güdürlər. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. Baş nazir vurğulayıb ki, iki ölkə Bəlucistandakı dərin dəniz limanına külli miqdarda investisiya yatırıb. Onun sözlərinə görə, yaraqlıların hədəfi regionda qızıl və mis mədənlərinə sahib olan İslamabad və Pekin […]
Bakıda teplovozun altında qalan kişi öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş […]
Ceyhun Bayramov Türkiyəyə yola düşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.
Neft kəskin bahalaşdı
Dünya birjalarında neft kəskin bahalaşıb. “Brent” markalı neftin bir barreli 81,24 dollara, yüngül neftin bir barreli isə 77,15 dollara satılır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Ukraynaya ikinci hücum dalğası hazırlanır – Zabit
Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır. Bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib. “Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb. Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. […]
Ceyhun Bayramov Türkiyəyə gedir – Nələr müzakirə ediləcək?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacaq. Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq. Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin […]