Rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, […]

Misir prezidenti ilk dəfə Türkiyəyə gedir

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək. Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə […]

Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb – YENİLƏNİB

Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. A.Siqiba xarici işlər nazirinin birinci müavinidir. O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb.  *** Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Bu barədə Ukrayna mətbuatı məlumat […]

Tarixi qələbələr ayı – lokal əməliyyatın total nəticəsi – ŞƏRH

Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı. 2020-ci il sentyabrın 27-də 30 il torpaqlarımızı işğal altında saxlayan və daim silahlı təxribatlar törədən Ermənistan hərbi […]

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı – Qərar

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qayda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri […]

Lvov atəşə tutuldu, 2 ölü, 23 yaralı

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib. Bu barədə məlumatı Lvovun meri Andrey Sadovıy öz teleqram kanalında paylaşıb.  Zərbə nəticəsində 2 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb.  Xatırladaq ki, dünən Poltava şəhərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində 47 nəfər həlak olub, 206 nəfər […]

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib. Bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub. Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan bəzi küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” […]

Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə səfərdə olub – Foto

Sentyabrın 2-də baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak edib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, baş prokuroru Muhsin Şentürk, digər […]

Lamiyə Vəliyeva finala yüksəldi

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında final mərhələsinə yüksəlib. Paralimpiya və 4 qat dünya çempionu T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Bu kateqoriya üzrə final mərhələsi 22:00-da başlayacaq. Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 […]