Ötən gün vəfat edən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov Əhmədli qəbiristanlığnda dəfn ediləcək. Bu barədə “Qafqazinfo”ya mərhumun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. Dəfn mərasiminin bu gün saat 12:00-da keçiriləcəyi gözlənilir. Xatırladaq ki, T.Əhmədov ötən gün uzunsürən xəstəlikdən vəfat edib.
Azərbaycan Premyer Liqası: Bu gün X turun daha iki görüşü baş tutacaq
Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq. Əvvəlcə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var. […]
Sorğu: Tramp Harrisdən əksər ştatlarda irəlidədir
ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır. Bunu “RealClearPolitics” portalının ölkədə son sorğularının təhlili sübut edir. Araşdırmaya görə, bəzi ştatlarda sakinlərin 48,3%-i Trampı, 47,5%-i isə Harrisi dəstəkləyir. Respublikaçıların xeyrinə ən böyük fərq Arizona […]
İstanbulda “3+3”ün iclası keçirildi – Fotolar – Yenilənib
İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında paylaşıb. İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib. *** Azərbaycan XİN Ceyhun Bayramovun “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxışına dair məlumat yayıb. Bildirilib ki, […]
Mirzoyanla Araqçı görüşdü
İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub. Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb. Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində […]
“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq – Rəsmi
“BakıKart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib. O bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. […]
COP29-da yollarda qadağalar olacaq? – Rəsmi cavab – Yenilənib
“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”. Bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, Liderlər Sammiti dövründə – 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində […]
Vəzifəli şəxs qəzada həlak oldu – Foto
Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb. Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır. […]
COP29 müddətində SMS icazə ilə bağlı xəbərlərə aydınlıq gətirildi
“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”. Bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə […]
Neftimiz ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,13 ABŞ dolları və ya 0,17% azalaraq 75,13 dollarına bərabər olub. Xatırladaq ki, ötən gün Azərbaycan nefti 75,26 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ […]