Prezident İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə […]
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında yazılıb. “Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk”, – […]
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub. “Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olan “Ford” markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan “Kamaz” markalı […]
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, […]
Sabah hava əsasən yağmursuz keçəcək
Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib. “Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər […]
Baş nazirdən şəhid ailələri ilə bağlı – Yeni Qərar
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid […]
Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır?
Bir çox halda boşanandan sonra da tərəflər arasında mübahisələr davam edir. Təbii ki, narazılıqlar ən çox alimentlə bağlı olur. Maraqlıdır, alimenti ancaq valideynlər ödəməlidir? Onun məbləği necə müəyyən olunur? Ailə Məcəlləsinə görə, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və […]
Dünya bazarlarında neftin qiyməti artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 72,98 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,25% artaraq 1 […]
BİZİM TƏQVİM: 21 noyabrda baş vermiş tarixi hadisələr
Bu gün Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın yarandığı gündür. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon […]