Elvin Cəfərquliyev antirekordla yadda qaldı

2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub. Dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb. Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Misli Premyer Liqasının “Araz-Naxçıvan”la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində […]

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Prezident […]

Cari tədris ilində tələbə qəbulu planı artırılıb

Cari tədris ilində tələbə qəbulu planı artırılıb, ali təhsil pilləsi üzrə 80 154 yer planlaşdırılıb və 74 000 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. Əmək bazarının […]

Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur

Hazırda vəkil və polis arasında əməkdaşlıq mövcuddur. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov 28 dekabr – Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vəkillər Kollegiyası fəaliyyəti dövründə çox böyük nailiyyətlər əldə edib: “Biz hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrdən gələcəkdəki fəaliyyətini […]

İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib. Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb. “Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, – məlumatda bildirilir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının […]

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. […]

Nazirdən təyyarədə balon partlaması iddialarına REAKSİYA

Təyyarədə oksigen balonunun partlaması iddiası Rostovdakı dispetçer tərəfindən irəli sürülüb. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan rəsmilərinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. “Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad […]

Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq

Sabah Babək rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. “Report”un yerli bürosunun məlumatına görə, 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında cari təmir işləri aparılacaq. Bununla əlaqədar, rayonun Nəzərabad, Didivar, Şıxmahmud, Aşağı və Yuxarı Uzunoba, Xəlilli, Vayxır, Xalxal və Məzrə kəndlərində elektrik enerjisinin verilişində 28.12.2024-cü il tarixində saat 11:30-dan 13:00-dək fasilə yaranacaq.