Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış AZAL-ın təyyarəsinin kabinindəki səs yazıcısını oxunmasına başlanılıb. Bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb. Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib. Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə […]
Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında (MR) və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib. Havanın […]
Azərbaycan neftinin qiyməti artıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,22 ABŞ dolları və ya 0,3% artaraq 79 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78,78 ABŞ dollarə təşkil edib.
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib. “Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, – məlumatda qeyd olunub.
Rusiyada “Şaxta baba” iş adamını odlu silahla qətlə yetirib
Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib. Yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb. Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Cinayətkarın vaxtilə məhz qətlə yetirilən […]
“Azəriqaz” abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan […]
KİV: Cənubi Koreyalı müstəntiqlər ölkə prezidentini həbs edə bilməyiblər – YENİLƏNİB-3
Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.Bu barədə “Yonhap” xəbər verir. Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər. *** Müstəntiqlər Cənubi Koreya Respublikasının Prezidenti […]
Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib. O, bu barədə “Ana tili” qəzetinə müsahibəsində bildirib. “Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri […]
Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır
“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır”. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тілі” nəşrinə müsahibəsində bildirib. Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili […]
“Ağsaqqal” kimi tanınan Azər Baxşəliyev vəfat etdi
Aktyor Azər Baxşəliyev vəfat edib. Aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. 1985-ci il təvəllüdlü aktyor uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.