Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur. Bu barədə məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin […]
ABŞ-Ermənistan strateji müttəfiqliyi – Vaşinqtonun Rusiyaya qarşı aləti – ANALİZ
Erməni etnik qrupu havadarını aldatmaq, ona nankorluq etmək adətini davam etdirir. Bir zamanlar, Qacar, Osmanlı dövlətlərinə, keçmiş SSRİ-yə etdiyi xəyanəti indi Rusiyaya qarşı açıq-aşkar şəkildə edir. Yenixeber.org: Yanvarın 14-də Bakı vaxtı ilə saat 22.00-da Vaşinqtonda ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanacaq. Sənədi ABŞ-nin dövlət katib Antoni Blinken […]
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer […]
Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb
Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər. Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib. O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən 969-u ölkədə, 29 nəfəri isə xaricdə təhsil alan […]
Füzulidə peşə təhsili müəssisəsi inşa olunur
Azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir: Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən müzakirədə məlumat verib. Onun sözlərinə görə, hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur: “Bu il Şuşada […]
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,67 ABŞ dolları, yaxud 3,26 % artaraq 84,53 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,66 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar. Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən […]
Tramp Baydenin xarici siyasətini kəskin tənqid edib
“Bayden ABŞ-nin xarici siyasətini son 4 ildə ölkə tarixində ən aşağı səviyyəyə salıb”.Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib. “Son dörd ildə baş verənlərə nəzər salsaq, düşünürəm ki, bu, ABŞ tarixində ən aşağı səviyyə olub. Çox pis olub hər şey”, – deyə o bildirib Amerikanın yeni lideri Baydenin xarici […]
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. Heydər […]
Afrikadan qovulan fransızlar – SSRİ-yə oxşamağa başlayan Fransa – TƏHLİL
Fransa Afrikadan qovulur. Bu, qərəz deyil, reallıqdır. Fransa müstəmləkəçilərinin qalıqları qitədən çıxarılır. Rəsmi Parislə imzalanmış müqavilələr yenilənmir, müddəti uzadılmır. Çadla Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə 2024-cü ilin iyulunda əldə edilən razılaşmaya əsasən, pozulub. Bununla da fransız ordusu ölkəni tərk etməyə başlayır. Artıq Fransa rəsmi şəkildə Abeşe şəhərindəki hərbi […]